2-ci İmam Həsən ə.s-ın mübarək mövludu
Hacı Əhliman:
Mübarək Ramazan ayının 15-ci günü Hz.Peyğəmbər (s)-ın reyhanəsi Cənnət cavanlarının ağası olan İmam Həsən (ə)-ın mövlud günü münasibəti ilə Başda İmam Zaman (ə.f)-ağa olmaqla bütün iman əhlini təbrik edir, Allahdan ağanın şəfaətinin bizlərə nəsib olmasını dua edirəm. İmam Həsən (ə.s)-ın mübarək mövludu bizlərə mübarək olsun. Həzrəti daha da yaxından tanımağa dəvət edirəm.
Hz. İmam Həsən (ə)-ın bağladığı sülh İslam üçün ən böyük düşünülmüş bir müqavilə idi. İmam sülh müqaviləsi ilə bir çox faydalı işlərə malik olmuşdur, bunlardan biri də məhz o dövrdə sülh bağlamaqla İslamı qoruyub saxlamasıdır. Deyə bilərəm ki, İmam Həsən (ə)-ın baxmayaraq ki, zahirdə biz sülh görürük, bağladığı sülh batində İslamın faydasına olan böyük qələbəsi idi. Allah bizlərə Ağanın mübarək mövludunu mübarək etsin.
İmam Həsən əleyhissəlamın həyatı barədə qısa məlumat
Əli (ə) Peyğəmbərin (s)-ın əziz qızı xanım Zəhra (səlamullahi əleyha) ilə evlənməsinin ilk meyvəsi şiələrin ikinci İmamı Həzrət Həsən Müctəba (əleyhissəlam) hicrətin üçüncü ili Mübarək Ramazan ayının on beşində Mədinə şəhərində dünyaya gəlmişdir.
İmam Həsən (ə) öz cəddinin dövrünü çox görməmişdi. Çünki İmam Həsən (ə) təxminən yeddi yaşında olarkən Peyğəmbər (s) dünyadan köçmüşdü. Peyğəmbərdən (s) sonra təxminən otuz il atası Əli (ə) birgə olmuşdur. Atasının şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) on il müddətinə qədər müsəlmanlara İmamlıq (başçılıq) etmiş və nəhayət hicrətin əllinci ilində Müaviyənin hiyləsi ilə qırx səkkiz yaşında zəhərlənmiş və şəhadətə qovuşmuşdur. Müqəddəs məzarı Mədinə şəhərindəki Bəqi qəbiristanlığındadır.